Rihanna uşaqlar üçün zərərlidir
2 Sentyabr 2013 20:41 MədəniyyətProfessorlar Rihannanın mahnılarını zərərli hesab edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da yerləşən Boston universitetinin professorlarının araşdırmasının nəticələri pop ulduz Rihannanın mahnılarının yeniyetmələri alkoqola yönəldiyi qənaətinə gəlib. Bu qərara gəlməzdən öncə professorlar 720 musiqini araşdırıblar. Mahnıların 167-sində alkaqol, 46-sında isə spirtli içki markası reklam olunduğu ortaya çıxıb.
Universitetin professoru Michel Siegel bildirib ki, pop ifaların əksəriyyətində spirtli içki yaxşı təsvir edilir. Məsəl üçün Ri-Rinin "Cheers" (Şərəfə) mahnısında "Bu içilməlidir" cümləsi işlədilir və yeniyetmələr,uşaqlar Rihannanı özlərinə fanat seçiblər mahnılarına qulaq asırlar.
Bu da o deməkdir ki, az yaşlı dinləyicilər müğənnidən zərərli tərbiyə alırlar.