Aygün Kazımova “Klip Parad”ın siması olacaq

Rejissor Nail Naiboğlu sentyabrın 2-dən etibarən müəllifi olduğu “Klip Parad” verlişində dəyişikliklər edəcək

Bu barədə N.Naiboğlu "OLAYLAR"a məlumat verərkən verilişin yeni simasının da müəyyən olunduğunu deyib: "Bu mövsümdə "Klip Parad"ın siması xalq artisti Aygün Kazımova olacaq. Kliplərə gəldikdə, milli kliplərlə yanaşı xarici ulduzların klipləri də yayımlanacaq. Verilişin "10-luq" rubrikasını isə "Top 5"liklə əvəzləmişik. Bu bölümdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Elton Hüseynəliyev və Fərid Məmmədov yeni kliplərini rəqabət aparacaq". Hazırda Qəbələdə ailə üzvləriylə istirahət edən N.Naiboğlu yeni mövsümdən etibarən verlişin həftə içi 5 gün yayımlanacağını qeyd edib. Layihənin prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31