Röyanın qardaşı Flora Kərimova ilə sevgilidir?

Təranə Səmədovadan yeni layihə

Tanınmış prodüser Təranə Səmədova yeni yaradılmış "Şarm" qrupu ilə fotolayihə reallaşdırıb. ANS PRESS-in məlumatına görə, əkiz bacılar Ofelya və Flora Kərimovadan ibarət qrupun üzvləri ilə birlikdə fotolayihədə populyar müğənni Röyanın fotomodel qardaşı İsmayıl Nəcəfov də çəkilib. İsmayıl əkiz bacılarla sevgili obrazında yer alıb. Fotolayihənin ideya müəllifi tanınmış fotoqraf Kəmalə Hüseynovadır. Layihədə Foyolayihə üçün geyimləri Araz Babayev hazırlayıb. Layihənin stilisti Pərviz Mirzəyev, meneceri Nailə Həsənovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31