Tural Bakuvi istirahətdən qayıtdı

"Yaxınlarımla birgə istirahətdən yenicə qayıtmışam. Hazırda əsas diqqətimi yaradıcılıq işlərinə ayrımışam". Bu sözləri "OLAYLAR"a açıqlamasında bəstəkar Tural Bakuvi deyib. Ötən il olduğu kimi bu yay da istirahətini Gürcüstan və ölkəmizin dilbər bölgələrində keçirən bəstəkar Tural Bakuvi yaradıcılıq işlərindən də danışıb: "Hazırda 10-a yaxın yeni mahnı ərsəyə gətirmişəm. Bu yeni mahnılardan ikisini gənc, həm də istedadlı xanım olan Samirə Səma ifa edəcək. Artıq Samirənin ifasında "Söylə mənə" adlı mahnı hazırdı". Bundan başqa Flora Kərimova, Rövşən Civişov, Ramal Rəsul və digər tanınmış ifaçılarla işbirliyi quran bəstəkar yeni əsərlərin də yaxın zamanlarda tamaşaçılara təqdim ediləcəyini deyib: "Yaxın günlərdə Flora Kərimova, Rövşən Civişov və Ramal Rəsulun ifasında olan mahnıları təqdim edəcəyik". Bəstəkar eyni zamanda yeni kompozisiya üzərində çalışdığını da söyləyib: "Payız üçün daha bir instrumental kompozisia üzərində çalışıram. Güman edirəm ki, payız ilk aylarında bu kompozisiyanı da tam olaraq ərsəyə gətirə biləcəyəm". Film və teleserial sahəsində də işlərini davam etdirən bəstəkar bu haqda belə deyib: "Bildiyiniz kimi Samir Qulamovun rejissoru olduğu "Sonun başlanğıcı" filminə musiqilər bəstələyirəm. Eyni zamanda Samirin çəkilişləri başlayan yeni bədii filminin musiqilərinin də müəllifi mənəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31