Ayanın toyunun vaxtı bilindi

Martda toy olacaq

Müğənni Ayan Babakişiyeva toyunun vaxtını açıqlayıb. Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə danışan sənətçi nikahın martda olacağını deyib: "Gələn ilin mart ayına fikirləşmişik. O, musiqiyə yaxın biridir, hətta mənə mahnılar da yazıb. Şou-biznesdən uzaq, ciddi adamdır. Elə insan deyil ki, durub onu efirə çıxarım". Ayan ərə getdikdən sonra sənətini atmayacağını deyib: "Toydan sonra sənətimə davam edəcəm. Bununla bağlı mənə heç bir qadağa qoyulmayıb. Kim nə deyir desin, sənətdən getmək haqqında düşünmürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31