Azərbaycanlı model Türkiyədə gözəl seçdi

"Miss Eurovision İnternational"da iştirak edəcək Türkiyə təmsilçisi seçilib. ANS PRESS-in məlumatına görə, "Wow" oteldə keçirilən gecədə 120 iştirakçı arasından Türkiyəni təmsil edəcək gözəl artıq seçilib

Sentyabr ayında Türkiyədə 68 ölkənin iştirakı ilə "Miss Eurovision İnternational" yarışması keçiriləcək. Yarışmanın jüri rəhbəri isə həmyerlimiz Günay Musayevadır.

68 ölkənin iştirakçıları arasında Azərbaycan nümayəndəsi də iştirak edir. Jüri rəhbəri bildirib ki, Türkiyə nümayəndəsini seçərkən önəm verdiyi cəhətlər gözəlliklə yanaşı xanımın bir neçə əcnəbi dil bilməsi və yüksək səviyyədə mədəniyyəti də diqqəti cəlb edib.

Günay Musayeva bildirib ki, Azərbaycanlı model olaraq Türkiyənin məşhur yarışmalarında "Best model of Turkey", "Best model of the Word", "Miss Eurovision" jüri, hətta rəhbər kimi təklif almaq onun üçün sevindirici haldır" "İnanıram ki, azəri qızı olaraq ölkəmi layıqıncə təmsil edirəm".

Qeyd edək ki, müsabiqənin dünya finalı sentyabr ayında "Halit Konqre" mərkəzində müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31