Dünya şöhrətli “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş yeni məqalə dərc olunub
26 Avqust 2013 17:14 MədəniyyətAzərbaycan Milli Tarix Muzeyindən əldə etdiyimiz məlumata görə, "İrs" beynəlxalq jurnalın rus dilində çap olunan versiyasının növbəti nömrəsində Muzeyin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları R.Həsənova və A.Əliyevanın "Arşın mal alan-100" adlı məqaləsi dərc olunub.
Məqalədə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünya şöhrətli "Arşın mal alan" operettasının yaradılması və tamaşaya qoyulması ilə bağlı maraqlı məlumatlar verirlir. Belə ki, Muzeydə istər bəstəkar, istərsə də operetta ilə bağlı vacib tarixi əhəmiyyət kəsb edən eksponatlar qorunur, onların bir hissəsi məqalədə təhlil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31