Qarabağ geyimləri haqqında məqalə türk dilində dərc olunub

Azərbaycan Milli Tarix Muzeyindən əldə etdiyimiz məlumata görə, İrs" beynəlxalq jurnalın türk dilində çap olunan versiyasının növbəti nömrəsində Muzeyin Etnoqrafiya elmi fond-şöbəsinin müdiri,. F.Vəliyevin birlikdə hazırladıqları "Karabaqda kiyafet kültürünün şekillenmesi" adlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinə xas olan geyim növləri, geyimlərlə bağlı adət-ənənələri haqqında müfəssəl məlumat verilir. Muzeydə qorunan tarixi eksponatların fotoşəkilləri vasitəsilə Türkiyə oxucularına Qarabağ geyimlərinin gözəllik və özünəməxsusluğu əyani şəkildə çatdırılır. Qeyd edək ki, Muzeydə Qarabağın tarixi və etnoqrafiyası ilə bağlı tədqiqatlar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31