Qəbələ dünyada bir ilkə imza atıb
26 Avqust 2013 15:41 MədəniyyətDünyada ilk dəfə olaraq Qəbələdə mürəbbə festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, Hindistan, Misir və Pakistanın ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən yuxarı yerli və xarici turistlər də olublar. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən birinci Qəbələ mürəbbə festivalında Azərbaycanın bir sıra şəhər və rayonundan, o cümlədən Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. ("OLAYLAR"İA)