Səlbirdə yeni maddi mədəniyyət nümunələri aşkar edilib
26 Avqust 2013 15:35 MədəniyyətAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası tərəfindən qədim Qəbələ şəhəri ərazisində tədqiqatlar davam etdirilir.
Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirdə aparılan arxeoloji qazıntılar nəticəsində müxtəlif növ tikililər, saxsı qablar, bəzək əşyaları və digər maddi-mədəniyyət nümunələri aşkar edilib.
Qeyd edək ki, ərazidə aparılan arxeoloji qazıntılar Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə həyata keçirilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31