Turistlərin iclası keçirilib
26 Avqust 2013 14:43 Mədəniyyət"OLAYLAR"ın Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyi məlumata görə, Zambiyanın Livinqston şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası çərçivəsində Avropa Komissiyasının növbəti iclası keçirilib. Sözügedən iclasda Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. İclas zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyinin təsdiqlənməsi təklifi irəli sürülüb. Həmçinin, iclas iştirakçıları tərəfindən Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31