Beynəlxalq Musiqi Festivalında Azərbaycan nümayəndə heyəti iştirak edir
26 Avqust 2013 14:40 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə 1997-ci ildən qədim tarixə malik Səmərqənd şəhərində Şərq Təranələri Beynəlxalq Musiqi Festivalı keçirilir. İki ildən bir keçirilən festivalda Azərbaycanla yanaşı 50-dən çox ölkənin musiqi kollektivi, dünya şöhrətli musiqi xadimləri iştirak edir. Festivalın rəsmi açılışı 27 avqust tarixində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31