Məryəmin sevgilisi: “Məsuliyyətimi dərk edirəm”

Dörd aydır ki, Can Atəşdən hamilə qalan məşhur aktrisa Məryəm Üzərlinin sevgilisi bu haqda ilk dəfə açıqlama verib."OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə Can Atəş Məryəm Üzərlidən övladının dünyaya gələcəyi ilə bağlı yayılan xəbərə belə münasibət bildirib: "Mənim üçün şəxsi münasibətlər çox önəmlidir. Hər kəsin özünə aid yaxşı ya pis xatirələri var. Bu xatirələrin özəl olaraq qalacağına da inanıram. Məryəmlə yaşadığım münasibət də mənim üçün hər zaman özəl olaraq qalacaq. Bu münasibətə görə məsuliyyətimi dərk edirəm. Tək istəyim bütün bu yaşananlara rəğmən bir-birimizə sevgi və hörmətimizi qoruyub saxlamaqdan ibarətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31