Rövşən Civişovdan xəbər var
22 Avqust 2013 16:19 MədəniyyətArtıq yay istirahəti bitməkdədir. Müğənni Rövşən Civişov da yeni mövsümdə təqdim etmək istədiyi işlərini reallaşdırmaq üçün artıq iş başına keçib. Üç nöqtə"yə yeni işləri haqda danışan müğənni bildirdi ki, illər öncə dünyasını dəyişən Şəfanın repertuarından "Dağlar duman olar" mahnısını ifa edib: "Mən hansı mahnını oxumaq istəyirəmsə bir yerə qeyd edirəm. Vaxtı gəldikcə həmin mahnıları ifa edirəm. Bu mahnını xeyli vaxtdır oxumaq istəyirdim. Şəfadan sonra bizim müğənnilərdən bu mahnıya müraciət edən olmayıb. Fikirləşdim ki, artıq bu mahnını ifa etməliyəm. Çox da uğurlu alındı. Aranjeman Fərid Kərimliyə aiddir. Nadir Qafarzadənin "Maral" mahnısının da aranjemanını o edib. Mahnı hələ ki efirlərdə yayımlanmayıb. Sentyabr ayından radiolarda səsləndiriməsini istəyirəm. Bir neçə nəfər mahnıya klip çəkmək üçün müaciət edib. İnşallah birini seçib klip çəkdirəcəyik. Klipi rayonlardan birində yaxın günlərdə çəkilməsini istəyirəm. Bu tipdə mahnıların davamlı olmasını istəyirəm. Milliliyi qorumaq şərti ilə yeni aranjemanda olacaq".
Müğənni onu da bildirdi ki, xalq artisti Flora Kərimova ilə duet oxuduğu "Məndə bu sevgiyə daha dözüm yoxdur" mahnısını özü tək olaraq da ifa edib: "Duet olaraq bu mahnının gözəlliyi ayrıdı. Amma tək oxuduğum variantını Türkiyədə başqa cür aranjiman etdirmişəm. Bir az da mahnıda dəyişiklik olub. Sentyabrın sonlarına inşallah hazır olacaq. Tural Bakuvinin "Olsun" mahnısını ifa edəcəm. Yeni mövsümdə inşallah işlərim çox olacaq".
Aygün Asimqızı