Əfsanəvi The Beatles qrupunun prodüseri vəfat edib
Sid Bernstayn 95 yaşında Amerikada vəfat edib
22 Avqust 2013 13:16 MədəniyyətƏfsanəvi The Beatles qrupunun prodüseri Sid Bernstayn 95 yaşında Amerikada vəfat edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, köhnə dostu, publisit Merle Frimarkı bildirib ki, Bernstayn dünən Nyu-York klinikalarının birində keçinib. Mərhumun 6 uşağı və 6 nəvəsi var. Dul qalmış xanımının isə 50 yaşı var.
Qeyd edək ki, o, ABŞ-da The Beatles qrupu ilə əməkdaşlıq edən ilk menecerlərdən biri olub. Bundan başqa The Rolling Stones, Judi Qarland, Rey Çarlz və Cimi Xendriks kimi populyar ifaçılarla işləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31