Brilliant Dadaşovanın oğlu: “O qızı mənə al. Onun ayaqları...”

Xalq artisti Brilliant Dadaşova Facebook səhifəsində bu dəfə də oğlu Cahadın uşaqlığından yazıb: "Oğlumun 3-4 yaşı olardı. Onu yuxuya verib televizorda bayram konsertinə baxmaq istəyirdim. Reklamlara baxdıq. Bir qəşəng qız "kalgotka"ları reklam edirdi. Reklamda qızın ayaqları da nümayiş olunurdu. Oğlumla onun otağına keçdim ki,  nağıl danışım və o tez yuxuya getsin ki konsertə baxa bilim.  3 saat yarım qırmızı papağın nağılını danışdım...Buna baxmayaraq uşaq yatmırdı. Deyirəm ki, ay bala yat da. 3 yaşında uşaq mənə nə desə yaxşıdı? Mama, yata bilmirəm. Bayaq reklamda qız göstərdilər. O qızı mənə al. Onun ayaqları yadımdan çıxmır". ("OLAYLAR" İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31