Gülyaz Məmmədova muğam konsertinə hazırlaşır

" "Şabran" adlı mahnının klip çəkilişləri artıq yekunlaşıb. Musiqisi Mahir Tahiroğluna, sözləri isə Novruz Novruzova aiddir". Bu sözləri "OLAYLAR"a açıqlamasında müğənni Gülyaz Məmmədova deyib. Bir sıra yeni mahnılar üzərində işlədiyini deyən müğənni Nüsrət Kəsəmənlininvə Eldar Mansurovun yaradıcılığına da müraciət edib: "Sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Yeganə Mikayılqızına aid "Səni unutsam" mahnısını ifa etdim. Eldar Mansurovun yaradıcılığından isə "Şirin yuxular" və "Ömrüm-günüm" adlı yeni mahnıları ifa etmişəm". Müğənni payız aylarında tələbələri ilə birgə Beynəlxalq Muğam Mərkəzində muğam konsert verməyi planlaşdırdığını da deyib: "Artıq konsertin proqramı hazırdı. Payız aylarında tələbələrimlə birgə konsert verəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31