Gövhər Həsənzadə qızının ad gününü təntənəli şəkildə qeyd etdi
Bəstəkar məkanların birində 10 yaşlı qızının ad günü üçün möhtəşəm şənlik keçirtdi
21 Avqust 2013 18:06 Mədəniyyət"OLAYLAR"az-ın məlumatına görə, bir çox tanınmış simalarla yanaşı millət vəkili Qənirə Paşayeva da gələn qonaqlar sırasında görünüb. Qonaqlar ilə bahəm ad günündə Gövhər Həsənzadənin valideynləri, bacıları və yaradıcı heyəti də iştirak edib. Anadan olandan bu günə qədər Nilgünün hər doğum gününü, şad və önəmli günlərini lentə alan fotoqraf Qasım Kərimov bu yubiley günündə də iş başında olub. Nilgünün doğum gününün ən maraqlı məqamı tort kəsildikdən sonra başlayıb. Ad günü keçirilən məkanın həyətinə gətirilən atlar böyük heyrətə səbəb olub. Uşaqlar ata minib, dövrə vurublar. Möhtəşəm doğum günü şənliyini atəşfəşanlıqla yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31