Tarkan “Doğa sensin” deyəcək

Ətraf mühitə diqqət və qayğısına görə həmkarlarından hər zaman irəlidə olan Tarkan 11 sentyabrda açıq havada konsert verəcək

"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənninin konsertdən əldə etdiyi məbləği tikintisi üçün mütəmadi olaraq yatırım etdiyi Seferihisar məktəbinə ayıracaq. İki ildən artıqdır ki inşası davam edən məktəbin açılışının 2014-cü ildə olması gözlənilir. Tarkanın maliyyə dəstəyi ilə fəaliyyətə başlayacaq məktəbdə şagirdlərin təhsil haqları da müğənninin şəxsi büdcəsindən ödəniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31