Namiq Qaraçuxurlunun 9 etirafı
21 Avqust 2013 20:19 MədəniyyətMeyxanaçı Namiq Qaraçuxurlu özündə bəyənmədiyi mənfi keyfiyyətlərdən danışıb. Axşam.az sənətçinin etiraf etdiyi 9 pis vərdişini təqdim edir:
1. Valideynlərimdən ayrı yaşayıram. Bu, düz deyil, amma neyləyim... Onların sözlərinə qulaq asmamışam, təhsilimdə səhlənkarlıq etmişəm.
2. Dostlarıma qarşı diqqətsizəm.
3. Əvvəllər səhnəyə çıxanda komplekslər keçirirdim.
4. Məktəb illərində bir dəfə sinfi yandırmışam.
5. İstirahətə gedəndə avtomobili özüm idarə edirəm. O ki var yoruluram. Qayıdanda da dincəlməyin heç bir xeyri qalmır.
6. Telefonla çox uzun-uzadı danışıram.
7. Mətbəx işlərini bacarmıram. Bir neçə dəfə yeməyə duz əvəzinə şəkər tozu əlavə etmişəm.
8. Sevgidə heç qısqanc deyiləm. Amma bu, vacibdir.
9. Avtomobillə gedəndə qoşa xətti tapdalayıram.