Sevgilisindən ayrılan Hürrəm Sultan ana olacaq

"Muhteşem yüzyıl"ın Hürrəm Sultanı hamilədir. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə "tükənmişlik sindromu" diaqnozu ilə Türkiyəni tərk edib vətəni Almaniyaya qayıdan Məryəm Uzerli 4 aylıq hamilədir. Bu barədə köşə yazarı Ayşə Arman bildirib. Arman Məryəmlə görüşərək onun Türkiyədə keçirdiyi 3 ili, "Muhteşem yüzyıl"ı, başına gələn hər şeyi öyrənib.

"İnanılmaz şeylər öyrəndim. O, bizim zənn etdiyimizdən də çox ağır şeylər yaşayıb. Şok içində qaldım. Amma ən əsası, Məryəm hamilədir! Körpəsi təxminən 4 aylıqdır. Saçlarını qısa kəsdirib. Həm xoşbəxt, həm də kədərlidir. Güclü olmağa çalışır. Məryəm "subay ana" olmağa hazırlaşır".

Qeyd edək ki, Məryəm biznesmen sevgilisi Can Atəşdən 3 həftə öncə ayrılıb. Can Atəş bir neçə gün bundan öncə yeni sevgilisi ilə Kandillidə bir restoranda görüntülənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31