Elariz Məmmədoğlu yeni albom üzərində işləyir

"Sözləri və musiqisi yalnız mənə aid olan müəllif mahnılarımdan ibarət albom  üzərində işləyirəm. Mahnıların aranjımançısı isə Arzu Abbasovadır". Bu sözləri "OLAYLAR"a açıqlamasında Elariz Məmmədoğlu deyib. O albomun yaxın aylarda işıq üzü görə biləcəyini söyləyib: "Təxminən oktyabradək albomu təqdim etməyi düşünürəm. İşləri yekunlaşdıra bilməsəm yeni albomu 2014-cü ildə tamaşaçılara təqdim edəcəyəm". Yeni albomu üçün şəkillərinin fotosessiyasını da təşkil etdiyini deyən müğənni albomun adının dəqiqləşmədiyini söyləyib. Müğənni yeni alboma daxil olan ifalardan bir neçəsinə klip çəkdirməyi düşündüyünü də deyib: "Artıq alboma daxil olan "Sevgi nağılı" adlı mahnıya klip çəkilib. O biri ifalardan bir neçəsinə yəqin ki klip çəkdirərəm. Hələ ki bu haqda düşünürəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31