Təyyar Bayramlı “Mənim Azərbaycanım”ı təqdim etdi

""Mənim Azərbaycanım" adlı yeni diskim bu gün işıq üzü görür. Diskə xalq mahnıları ilə yanaşı bəstəkar mahnıları da daxildir". Bu sözləri "OLAYLAR"a açıqlamasında xanəndə Təyyar Bayramlı deyib. Xanəndə diskə xalq mahnıları ilə yanaşı bəstəkar mahnılarının da daxil olduğunu söyləyir: "Xalq mahnıları ilə yanaşı bir sıra bəstəkar mahnıları da yeni işıq üzü görən diskimdə yer alıb. Əlibaba müəllimin "Azərbaycan" adlı yeni mahnısını ifa etmişəm". "Şuşanın Dağları", "Mənim Azərbaycanım" kimi milli ruhda olan mahnıların daha çox üstünlük təşkil etdiyini vurğulayan T.Bayramlı səfərləri haqda da məlumat verib. Xanəndə noyabr-dekabr aylarında Moskvaya səfər edərək konsert verəcəyini də deyib: "Moskvadan sonra Amerikaya səfərimiz olacaq. Bu ölkədə də konsertimiz gözlənilir". Konsertlə bağlı hələ ki heç bir qərara gəlmədiyini deyə Təyyar Bayramlı bu haqda fikirləşdiyini söyləyir: "Konsertlə bağlı hələlik heç bir iş görülməyib. Ola bilər ki ilin sonunda muğam sevənləri möhtəşəm konsertlə sevindirdik".

"Mənim Azərbaycanım" adlı diskini yenicə təqdim edən T.Bayramlı hazırda klassik muğamlardan ibarət digər bir disk üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31