MİRAS mədəni irs düşərgəsi təşkil edir

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il avqustun 22-29-da yeni mədəni irs düşərgəsi təşkil edir. Düşərgə Orta əsr Ağsu şəhəri Turizm Kompleksində gerçəkləşdiriləcək.
Düşərgənin əsasən müxtəlif ali məktəblərin tələbələrindən və gənc tədqiqatçılardan ibarət olan iştirakçıları Orta əsr Ağsu şəhəri Turizm kompleksi ilə yaxından tanış olacaq, orada davam edən bərpa və konservasiya işlərinə qoşulacaqlar. Düşərgə sakinləri eləcə də, tarixçi və arxeoloqların "Azərbaycanda yeni arxeoloji tədqiqatlar", "MİRASın mədəni irs fəaliyyətləri", "Azərbaycanda orta əsr memarlığı", "Bakıda arxeoloji qazıntılar və bərpa işləri", "Naxçıvanda arxeoloji tədqiqatlar" və başqa mövzularda mühazirələrini dinləyəcəklər. Professorlar Qafar Cəbiyev, Cəfər Qiyasi, Kamil İbrahimov, Abbas Seyidov və başqa alimlər düşərgənin qonağı olacaq, bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər. İştirakçılar həmçinin yaxın bölgələrdəki tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.
Mədəni İrs düşərgəsinə MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli rəhbərlik edəcək(Olaylar İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31