Rəqqasə Fatimə: "Zövqsüzəm"
Günün üç saatını gözəllik salonunda keçirir
20 Avqust 2013 20:27 MədəniyyətRəqqasə Fatimə Fətəliyeva baxımlı olmaqdan danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi gün ərzində ən az 3 saatını gözəllik salonunda keçirdiyini etiraf edib.
"Mənim üçün ən önəmlisi baxımlı olmaqdır. Hər gün salona gedib manikür-pedikür, üz dərimə, saçlarıma qulluq etdirməsəm, dayana bilmərəm. Mənim üzümdə heç bir problem olmamalıdır, saçlarım vaxtında rənglənməlidir, yoxsa ürəyim partlayar. Günümün üç saatını salonda keçirirəm.
Amma geyim sarıdan zövqsüzəm. Brend almağa önəm vermirəm. İndi geyimimə qızım fikir verir, hər şeyi o seçir. Düşünürəm ki, müğənni deyiləm, brend geyinməyim vacib sayılmır. Əgər mən də oxusaydım və səhnəyə çıxsaydım, onda bahalı firmalardan paltarlar almağa çalışardım".