Hüseyn Dərya Alim Qasımovla duet oxuyacaq

“Can vətən” adlanan mahnı vətənpərvərlik mövzusundadır

Hüseyn Dərya Alim Qasımovla vətənpərvərlik mövzusunda oxuyacaq. Bu barədə açıqlama verən reperin prodüseri Asiman Baxşəliyev yeni layihələrindən danışıb:
"Hazırda layihələrimiz çoxdur. Bu yay nə Hüseyn Dərya, nə də mən dincəldim. Yeni mahnılar, yeni klip və yeni albom hazırlayırıq. Hazır olmadığı üçün geniş açıqlama vermək istəmirəm. Hazırda çoxları istirahətdədir. Ona görə yenilikləri sentyabrda təqdim edəcəyik. Alim Qasımovla möhtəşəm mahnı olacaq. Rep-muğam sintez edəcəyik. Repin aralarında Alim Qasımov muğam oxuyacaq. Mahnı vətənpərvərlik mövzusundadır. "Can vətən" adlanır". /qafqazinfo/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31