Tatlısəsin oğlu RABİA işarəsini göstərdi
20 Avqust 2013 17:57 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müğənni Handa Yener, "Fənərbaxça" futbol klubunda forma geyinən Əmrə Belezoğlu ilə yanaşı bu dəfə İbrahim Tatlısəsin oğlu İdo RABİA işarəsi göstərib. İnstagram vasitəsi ilə yayılan şəkildə diqqət çəkici digər məqam isə İdonun üzərində Amerika bayrağı olan geyimlə şəkil çəkdirməsi olub. Tvitterdəki təqibçiləri də İdonun şəklindəki bu ziddiyətə fərqli münasibət bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31