Necati Şaşmaz misirli üsyançılara dəstək oldu
20 Avqust 2013 12:16 MədəniyyətTürkiyənin tanınmış aktyoru Necati Şaşmaz Misirdə qanlı olaylar törədən üsyançılara dəstək şüarı səsləndirib. Şaşmaz demokratiya, azadlıq uğrunda mübarizə aparan Misir xalqını əzmli olmaqla çirkin oyun oynayan siyasi qüvvələrin güclərini tarmar etməyə çağırıb: "Əziz misirli qardaşlarım, azadlıq və demokratiya yolunda apardığınız mübarizə təqdir olunandı. Bu yolda uğur qazanmağınız üçün dua edirəm. Bəzi xarici qüvvələr islam ölkələrində sərvətləri ələ keçirtmək üçün oyun qururlar. Siz, misirli qardaşlarımın bu oyunu pozacağına, qəsbkarlara layiqli dərs verəcəyinə inanıram". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31