Nadir Qafarzadə: "Türkiyədəki bütün satıcılar məni tanıyır"

Müğənni lüks həyat düşkünü olduğunu deyib

Müğənni lüks həyat düşkünü olduğunu deyib. Axşam.az-ın məlumatına görə, sənətçi "ATV Maqazin" dərgisinə müsahibəsində hər zaman beşulduzlu otelləri seçdiyini söyləyib:
"İstirahətə gedərkən ən önəm verdiyim şey otel seçimidir. Mütləq beşulduzlu olmalıdır. Lüks otaqda gecələməyin ləzzəti başqadır. Hansı ölkəyə gedirəmsə, çatan kimi rahat paltar geyinib, düşürəm şəhərdəki mağazaların canına. Geyim sarıdan gözüm doymur. Türkiyənin əsas ticarət mərkəzlərindəki bütün satıcılar məni tanıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31