Kənan Doğulu Beren Saatla nikaha daxil olur

Sevilən cütlük subaylığın daşını atmağa hazırlaşır

"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa Beren Saatla müğənni Kənan Doğulu yaxın günlərdə münasibətlərini rəsmiləşdirməyi qərara alıb. Bu haqda Kənan Doğulu dost-əqrəbasına müjdə verərək belə deyib: "Berenə evlilik təklifi etdim, o da qəbul etdi. Tezliklə ailə həyatı quracağıq". Münasibətlərini rəsmiləşdirməyə hazırlaşan cütlük hələ ki toy günü haqda heç bir açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31