Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları “Xilaskar” tamaşasını izləyiblər
8 İyun 2023 12:45 MədəniyyətUlu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı "Xilaskar" tamaşasının ilk izləyiciləri Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları olub.
Milli Qurtuluş Günü ərəfəsində baş tutan premyeranı Naxçıvan Baş Gömrük İdarəsi və tabeliyində olan struktur bölmələrinin əməkdaşları izləyiblər.
Qeyd edək ki, Aqşın Babayevin ssenarisi əsasında səhnələşdirilən tamaşada 1990-cı illərin əvvəlində ölkədə baş verən ictimai-siyasi hadisələr təsvir olunur. Ümummilli Lider Heydər Əliyevin ölkəni çətin vəziyyətdən çıxarmaq üçün atdığı addımlar, dahi rəhbərin siyasi mübarizəsini əks etdirən səhnələr alqışlarla izlənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31