Yaşar Cəlilov Batumidə klip çəkdirib

"Müğənni Yaşar Cəlilov hazırda Türkiyədə istirahətdədir. Onun səfərinin digər səbəblərindən biri də toy dəvəti ilə bağlıdır. Istirahəti başa vurduqdan sonra ayın 22-si Bakıya dönəcək". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamasında müğənninin mətbuat katibi Vüsalə Kərimova deyib. O, ifaçının yeni mövsümdə pərəstişkarlarına üç fərqli klip təqdim edəcəyini də söyləyib: "Yaşar yeni mövsümdə üç fərqli mahnıya çəkilən klipləri təqdim etməyi düşünür. Bu kliplərdən biri Yaşarla Niyam Səlaminin birgə ifa etdiyi "Nağıl" mahnısna çəkilib. Batumidə çəkilən klipin hazırda montaj işləri görülür".  İstirahətdən qayıtdıqdan sonra yenidən iş başına keçəcək müğənni digər iki mahnısının klip çəkilişlərinə başlayacaq: "Bu ayın sonundan etibarən Emil Bədəlovla birgə oxuduğu "Dostlar", o cümlədən də solo ifası olan "Olarmı?" mahnısının klip çəkilişləri başlayacaq. Yaşar hər üç klipinin ekranlaşması işini rejissor Nail Naiboğluna həvalə edib". Müğənni qonşulara da mahnı həsr edib: "Yaşar daha bir mahnı üzərində işləyir. Bəstəkarı Tərlan Məmmədhüseynov olan "Qonşu" mahnısının da sentyabrda təqdimatı gözlənilir". Yaşar Cəlilov pərəstişkarlarını oktyabrda verəcəyi konsertlə də sevindirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31