Bakıda tanınmış musiqiçiyə qarşı dəhşətli cinayət
Onun musiqi aləti olan çantası oğurlanıb
16 Avqust 2013 12:30 MədəniyyətBakının Yasamal rayonunda tanınmış musiqiçiyə qarşı cinayət törədilib.
Milli.az-a daxil olan məlumata görə, saksofon-klarnet ustası İlham Kazımovun (İlham Cəlilabadlı) musiqi aləti olan çantası oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, 53 yaşlı İ.Kazımov musiqi alətini Abdulla Şaiq küçəsində yerləşən evinin girişində unudub. Naməlum şəxslər içərisində saksofon və klarnet olan çantanı oğurlayıblar. Faktla bağlı araşdırma və axtarış aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31