Brilliantdan Eltonun oxuduğu erməni mahnısına Münasibət+ VIDEO

“ Bədxah qonşularımızın "müəllif haqlarını" canfəşnlıqla qoruyan pulsuz vəkillərimiz nə qədər də çox imiş”

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova facebook səhifəsində müğənni Elton Hüseynovun erməni mahnısını oğurlamasına münasibət bildirərkən söyləyib:"Əziz Facebook dostlarım iki gün bundan əvvəl Eltonun çox gözəl ifasını burda sizinlə paylaşdım və həmin musiqinin qonşularımıza aid olduğunu sübut etmək istəyən o qədə "fəallar" tapıldı kı, buna təəssüf etməmək mümkün deyil. Düşündürücüdür, görəsən nəyə görə onlar bizim vokaliz kompozısıyamız "Sarı gəlin" və başqa mədəni mülkiyyətimiz olan əsərlərimizi ifa edərkən onların arasında bircə insan tapmaq olmadı kı qalxıb desin bu Azərbaycanlıların musiqisidir. Bızdə isə bədhaq qonşularımızın "müəllif haqlarını" canfəşnlıqla qoruyan pulsuz vəkillər nə qədər də çox imiş. Maşallah olsun! Qeyd edək ki, Elton erməni müğənnisi Vache Amaryanın "Bala" mahnısını ifa edib. Sənətçi mətbuata açıqlamasında isə "Bala" mahnısının erməni bəstəsi olmasından xəbərdar olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31