Elton Hüseynəliyev erməni mahnısı oxuyub VIDEO
O, Vache Amaryanın “Bala” mahnısını ifa edib
15 Avqust 2013 19:31 MədəniyyətElton erməni müğənnisi Vache Amaryanın "Bala" mahnısını ifa edib. Azerturk.az-ın məlumatına görə, Eltonun erməni mahnısını oxuyarkən lentə alınan videosunu xalq artisti Brilliant Dadaşova öz "facebook" rəsmi səhifəsində yerləşdirərək bu sözləri yazıb: "Super ifa-Bravo Elton ;)".
Müğənni Elton Hüseynəliyev bu gün mətbuatda erməni mahnısı ifa etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sənətçi Axşam.az saytına açıqlamasında bildirib ki, "Bala" mahnısının erməni bəstəsi olmasından xəbərdar olmayıb: "Üç gün bundan öncə dağıstanlı cütlüyün toyunda idik. Bəy mənə hazır minisovkanı gətirdi və sözləri verdi ki, mahnını onların şərəfinə səsləndirim. Prodüserim Anar Mədətov sözlərdə bir az dəyişiklik etdi. Mən bu mahnını Dağıstan bəstəsi bilmişəm. Dərinliyini araşdırmayacam ki... Erməni mahnısı olduğuna inanmıram. Brilliant Dadaşova da mahınını çox bəyəndiyini söylədi. Dedi ki, çox gözəldir, mən də bunu istəyirəm. Hətta telefonuna çəkdi və oğluna qulaq asdıracağını söylədi".