İlhamə Quliyeva "Şərəf" ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev İlhamə Məzahir qızı Quliyevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlərinə görə İlhamə Məzahir qızı Quliyeva "Şərəf" ordeni ilə təltif edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31