Castin Biberin yeni sevgilisi
16 Avqust 2013 04:34 MədəniyyətAmerikalı müğənni Castin Biber müğənni Selena Qomeslə olan sevgilərinə nida işarəsi qoyaraq özünə yeni sevgili tapıb. Publika.Az-ın məlumatına görə, bu yaxınlarda paparazzilər 19 yaşlı Biberi model işinə yeni başlamış Eşli Murla görüblər. Gənclər uzun müddət Castinin Ferrarisində söhbət etdikdən sonra Beverli Hillzdə yerləşən restoranlardan birinə gediblər. Muxbirləri görən Eşli isə tələsik üzünü böyük eynəklə gizlətməyə çalışıb. Bu Biber və Murun ilk görüşləri deyil. Eşlinin tvitterdə yazdıqlarına görə onlar günəşli çimərliklərdən birində də birlikdə olublar. Xatırladaq ki, Castin Biber bu yaxınlarda Selena Qomezlə münasibətlərinə son verdiyini demişdi. O, ayrılıq qərarının iki tərəfli alındığını, sevginin bitdiyini, lakin hər zaman dost olacaqlarını bildirmişdi.