Rövşən Civişov Şəfanın repertuarına müraciət etdi VIDEO
15 Avqust 2013 16:53 Mədəniyyət"OLAYLAR"ın məlumatına görə, müğənni illər öncə dünyasını dəyişən Şəfanın repertuarına daxil olan "Dağlar duman olar" mahnısını fərqli tərzdə ifa edib: "Bu mahnını yeni aranjımanda pərəstişkarlarıma təqdim edirəm. Bu mahnıya müraciət etməyimin əsas səbəblərindən biri də onun tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmasıdır. Artıq mənim ifamda da mahnı sevilir". Mahnının uğurlu alındığını deyən müğənni kliplə bağlı təkliflərin də gəldiyini söyləyir. "Dağlar duman olar" mahnısının aranjımanı Fərid Kərimliyə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31