Rəqsanə səhnəni tərk edəcəyi günü açıqladı
Bu 6 ildən sonra baş verəcək
15 Avqust 2013 15:58 MədəniyyətMüğənni Rəqsanə 40 yaşından sonra sənəti tərk edəcək. Axşam.az-ın məlumatına görə, sənətçi bunu "ATV maqazin" dərgisinə açıqlamasında deyib:
"40 yaşdan sonra oxumayacam, sənətdən gedəcəm. 40-dan sonra yaşlılığa doğru addım atırsan. İstəmirəm ki, bu gün şou-biznesdə olan yaşlı nəslin nümayəndələrinin "qırğınları" kimi hallar yaşayam. Biz həmin yaşlı nəsillərə baxıb, örnək götürməliyik. Amma bu gün onlar özləri dava edirlər. Ona görə də zamanı gələndə yavaş-yavaş kənara çəkiləcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31