Qızı Flora Kərimovanı sənətdən uzaqlaşdırdı
“Məndən inciməsinlər”
15 Avqust 2013 14:26 MədəniyyətXalq artisti Flora Kərimova son bir neçə aydır sənətinə ara verib. Axşam.az-ın müxbirilə söhbətində müğənni bildirib ki, hələ uzun müddət geri qayıtmağı düşünmür. O, bütün yayı bağ evində olduğunu, istirahət etdiyini deyib: "Söz vermişdim ki, bu yay işlərimə ara verib dincələcəyəm. Vədimə əməl etdim. Havalar isinəndən bağ evimə köçmüşəm. Qızım xaricdən gəldi, onun üçün çox darıxmışdım. İndi hər günümü Zümrüdə həsr edirəm. Çünki yenidən onu 1 il görməyəcəm. Sevənlərimə söz vermişdim ki, sentyabrda yeniliklər təqdim edəcəm. Amma oktyabra kimi efirə qayıtmağı düşünmürəm. Həmin vaxta qədər yazmayacam, oxumayacam. Bir çox yeni mahnılarım var ki, studiyaya gedib yazdırmalıyam. Hələ ki, istəmirəm, həvəsim yoxdur. Bəstəkarlar məndən inciməsinlər. Söz verirəm ki, oktyabrda hamısını bir-bir oxuyub, təhvil verəcəm".