“Güldar”ın təqdimatı keçiriləcək
15 Avqust 2013 19:55 Mədəniyyət"OLAYLAR"ın məlumatına görə, DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın "Güldar" hekayələr kitabı avqustun 17-də oxuculara təqdim olunacaq. "Güldar" Şahnaz Kamalın oxucu auditoriyası ilə ilk geniş - kitablı görüşüdür. Kitaba gənc yazarın son üç ildə qələmə aldığı hekayəlır toplanıb. Hekayələr müxtəlif mövzuları əhatə edir. "Güldar" hekayəsində Doğu Türküstandan olan uyğur qızı Güldarın yaşamından söz açılır. Komplekssiz qız olan Güldar Peterburqda türkologiya üzrə təhsil alarkən... millətçi ruslar tərəfindən öldürülür. "Savalan" isə Güney Azərbaycandan olan bir azadlıq mücahidinin yaşamını anladır.
Bundan başqa, kitabda "Gülər", "Falçı", "Fars dili" və başqa, toplam 11 hekayə yer alıb. Qeyd edək ki, Şahnaz Novruz qızı hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində SPbDU (SPBQU)- nun Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir.