Yeni sezonda ən çox qazanan Kıvanç Tatlıtuq olacaq

Türkiyənin yeni sezonda ən çox qazanan aktyorlarının adı açıqlanıb

"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə, yeni sezonda Malkaçoğlu rolu ilə sevilən aktyor Burak Özçivit tərəf müqabili Fahriye Evcenlə Rəşad Nuri Güntekinin "Çalışquşu" romanı əsasında çəkilən serialda hər bölümə 40 min türk lirəsi qazanacaq. Yeni mövsümdə yayımlanacaq "Medcezir" serialının əsas qəhrəmanları olan Çağatay Ulusoyla tərəf müqabili Serenay Sarıkayanın qazanacağı məbləğ isə aşağı olacaq. Çağatay Ulusoy bölüm başına 30 min, Serenay Sarıkaya isə 25 min türk lirəsi əldə edəcək. "Adını Feriha Koydum" serialında Feriha obrazı ilə sevilən aktrisa Hazal Kaya isə "A.Ş.K" serialında bölüm başına 40 min türk lirəsi qazanacaq. Ən çox qazanc əldə edən isə Kıvanç Tatlıtuq olacaq. O yanvarda çəkilişləri başlayacaq serialda bölüm üçün 65 min türk lirəsi əldə edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31