“Eurovision-2014”ün prodüseri bəlli oldu
Bu, “Nordisk Film TV” şirkətinin istehsal rəhbəri Kamilla Moniesdir
14 Avqust 2013 11:28 MədəniyyətGələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin istehsal rəhbəri (head of production) müəyyən edilib.ANS PRESS-in "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Nordisk Film TV" şirkətinin istehsal rəhbəri Kamilla Monies mahnı yarışması üzrə müvafiq vəzifəni icra edəcək. Ümumilikdə, 25 illik təcrübəsi olan Kamilla Monies Danimarkanın "X-Factor", "Showtime" kimi ən yaxşı verilişlərində uğur qazanıb."Eurovision-2014" mahnı müsabiqəsinin icraçı prodüseri Pernilla Qardbo, baş prodüseri Per Zakariassen, şou rəhbəri isə Jan Laqermand Lundmedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31