“Nişanlımın şəkillərini çəkmək mahnı oxumaqdan daha çətindir”

Müğənni Rafet El Roman nişanlısı Ceren Kaplakarslanın şəkillərini çəkmək üçün yerə uzanıb

"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə bir moda evinin yeni modellərinin yayımı üçün ağ gəlinlik geyən Cerenin şəkillərini Rafet El Roman özü çəkib. Bir fotoqraf kimi də özünü sınayan Rafet bu işin müğənnilikdən daha çətin olduğunu söyləyib: "Nişanlımın şəkillərini çəkmək mahnı oxumaqdan daha çətindir. Sevgi insnaı yerə də sərər. Bir dəfə onunla gəzintiyə çıxanda şəkillərini çəkdim. Ceren bu şəkilləri çox bəyənərək məndən nə vaxtsa fotosessiyasını təşkil etməyimi istədi. Nəhayət ki bu istəyi gerçəkləşdirdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31