“SƏNSİZ GÜNƏŞSİZ QALDI GÜNLƏR”
21 Aprel 2023 11:55 Mədəniyyət"...Bu gün xoşbəxt gündür, çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmərəm".
Heydər Əliyev
28.04.1995
Zərifə xanım, işığın, aydınlığın, istiliyin, sevginin rəmizi idi. Bunu mən demirəm, onu tanıyanlar, onunla bir yerdə çalışanblar, bircə dəfə olsa belə həyatda görənlər, məhz bu cür düşünürlər, belə deyirlər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyətli, xeyirxah, ailəsinə dostlarına böyük məhəbbət və sədaqətlə yanaşması onun şəxsiyyətinin ölçü vahidiymiş. Bir də çox zəhmətkeş, qarşısına qoyduğu məqsədə çatmaq üçün ağlının və alnının tərilə çalışan, inadkar unsanmış.
Azərbaycan milli oftalmologiyasının banilərindən biri olan aademik Zərifə xanım Əliyeva elmd bir çox ilklərə imza atmışdır. O, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Rlmləri Akademiyasının akademiki Averbax mükafatına layiq görülmüşdür. Onun göz xəstəlikləri sahəsində bu qədər irəli getməsinə səbəb sənətinin vurğunu olması idi. Oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni tədqiqatçısı olmuş, bu tipli xəstəliklərin profiliktikasına və müalicəsinə böyük töhfə vermişdir. O, işgüzarlığı, qayğıkeşliyi, nəcibliyi, istiqanlılığı və qeyri-adi nikbinliyi ilə min adamın içindən seçilib. Çexovun təbirincə dsək, o adamda hər şey gözəl idi, zahiri də, batini də. Əsil dost və sonuna qədər sadə, təvazökar Zərifə xanım, vəzifəsindən, tutduğu mövqdən asılı olmayaraq, hamı ilə dost olmağı, söhbət etməti, insanları dinləməyi sevirmiş. Gücünün yrtdiyi qədər hamıya kömək əli uzadırmış. Nadir insanlara məxsus natiqlik qabiliyyətinə və söz duyğusuna malik olan Zərifə həkim, xəstələrini sözü ilə müalicə edib.
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın aftolmoloqumuz Zərifə Əliyeva Azərbaycan xalqının, tibb elminin, Azərbaycan oftalmologiyasının iftixarı olub. Bütün ömrü boyu həyat tərzinə görə, siması ilə, məqalə və çıxışlarında mənəviyyatsızlığa qarşı mübarizə aparıb, əxlaqi idealların itirilməsinə qarşı barışmaz mübarizə aparıb. Kristal dərəcədə doğru və təmiz insan olub. Təmənnasız insan kimi yüksək insani keyfiyyətklərin carçısı olub. Deontologiya, ghəkim etikası və əxlaqı barədə respublikamızda ilk çıxış edən həkim də o olub. Vaxtilə oftalmoloqların Daşkənddə keçirilmiş beşinci qurultayında Zərifə həkim Oftalmoloqlar Cəmiyyətinin sədri seçilmişdi. "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi də müasir göz xəstəliklərini elmini inkişafa aparan elmi və ictimai hərəkatın mərkəzində dayanmışdır. Zərifə xanım daima insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis düşüncələrdən daşındıra bilirdi. Ağılagəlməz dərəcədə səbir sahibi olan Zərifə həkim həmsöhbətini axıra qədər dinləməyi bacaran, söylənənlərin əhəmiyyətsiz tərəflərini ustalıqla qulaqardına vuraraq, qarşısındakını pis düşüncələrdən çəkindirib.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub. Onun fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.
Əminə Yusifqızı
Əməkdar jurnalist
