Erotik filmə çəkilən azərbaycanlı aktrisanın əri danışdı

Vəfa Zeynalovanın həyat yoldaşı: "Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir, səni çox istəyirəm!"

"İlahi məxluq" filmində çəkildiyi erotik səhnəyə görə son vaxtlar tamaşaçılar tərəfindən qınaq obyektinə çevrilən aktrisa Vəfa Zeynalovanın boşanması ilə bağlı xəbər yayılıb.

ANS PRESS-in verdiyi xəbərə görə, aktrisanın həyat yoldaşı Samir Rzayev Facebook şəbəkəsindəki profilində məsələyə münasibət bildirərək aralarında heç bir söz-söhbətin olmadığını və bu yazılanların onların sevgisinə mane ola bilməyəcəyini bildirib.

Profilində o, Vəfa Zeynalovaya müraciət edərək bunları yazıb: "Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir! Sən mənim həyatımsan, balalarımın anasısan. Səni çox istəyirəm! Fikir vermə, öpdüm".

Xatırladaq ki, mətbuatda aktrisanın həyat yoldaşı Samir Rzayev bu hadisəni dözümsüzlüklə qarşıladığı, ailələrində başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatdığı bildirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31