Anar Heybətov Şah Qacarın qardaşını canlandıracaq
Yenicə Türkiyədən istirahətdən qayıdan Anar Heyəbtov sevənlərinin qarşısna yeni obrazlarla gələcək
13 Avqust 2013 15:18 MədəniyyətBu haqda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Hazırda məzuniyyətdəyəm. Yenicə Türkiyədən istirahətdən qayıtmışıq. İnşallah sentyabrda yeni obrazlarla teatr sevənlərin qarşısına gələcəyəm. Sentyabrda premyerası olacaq Əli Əmirlinin "Şah Qacar" tamaşasında Qacarın qardaşı olan Cəfərqulu obrazını canlandıracğam.Tamaşanın quruluşçu rejissoru Azərpaşa Nemətovdur. Bundan başqa bir neçə yeni tamaşalarda da rol alacağam. Onlardan biri də "Topla Teymur" tamaşasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31