Ajda Pekkan Bülənt Ərsoyu məhkəməyə verdi

"OLAYLAR"ın Türkiyə mediasına istinadən məlumatına görə ötən gün Bülənt Ərsoyun haqqında səsləndirdiyi fikirlərinə cavab olaraq Ajda Pekkan qarşı tərəfi məhkəməyə verib. Ajda Pekkan mediaya verdiyi açıqlamasında məhkəmədən əldə edəcəyi təzminatı xeyriyyə işinə sərf edəcəyini söyləyib:  "İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan iftar qonaqlığında bir sıra sənətçi dostlarım da dəvətli idi. Hamısı ilə görüşüb bacardığımız qədər söhbət etdik. Burda problemli bir şey yoxdur. Bülənt Ərsoyun belə fikir səsləndirməsini gözləməzdim. Əgər həqiqətən barəmdə bu ifadələri səsləndiribsə səhv edib. Məhkəmə vasitəsilə hər şeyi öyrənəcəyik. Burdan əldə etdiyim təzminatı isə xeyriyyə işinə sərf edəcəyəm". Qeyd edək ki, Bülənt Ərsoy tərəf müqabili haqda  bu ifadələri səsləndirmişdi:

"Allahın salamını verməyi öyrənsin... Üzlü qadın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31