Tanınmış skripkaçı Londonda konsert verəcək
Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova ilə ingilis pianoçusu Roderik Çedvik birgə Londonun “Viqmor Holl” məkanında konsert verəcək
13 Avqust 2013 11:02 MədəniyyətSentyabrın 26-da tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova ilə ingilis pianoçusu Roderik Çedvik birgə Londonun "Viqmor Holl" məkanında konsert verəcəklər. AzərTAc- ın verdiyi xəbərə görə, konsertin proqramına V.Motsart, L.Qodovski, K.Şimanovski və M.Moşkovskinin əsərləri daxil edilib.Görkəmli bəstəkar Leopold Qodovski 1916-cı ildə fortepiano və skripka üçün "On iki təəssürat" əsərini yazıb.Nəzrin Rəşidova və Roderik Çedvik bu pyesləri 2012-ci ildə "Naxos" şirkətində L.Qodovskinin skripka və fortepiano üçün əsərlərinin premyerası kimi yazdırıblar. Konsertdə, həmçinin bu disk də təqdim ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31