Nazirlik tərəfindən bir sıra hüquqi və fiziki şəxslərə lisenziyalar verilib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə" Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ilin iyul ayı ərzində aşağıda adları göstərilən hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verilib:

1. "Zaqatala-Məişət-Tikinti" Qapalı Səhmdar Cəmiyyətinə (hüquqi ünvanı: Zaqatala rayonu, Yuxarı Tala kəndi, 12.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 431, seriya №-si 074431) Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yerləşən "Göyçə" moteli üçün;

2. "Dağlar Qoynunda" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, 16.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 433, seriya №-si 074432) Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən "Dağlar Qoynunda" istirahət mərkəzi üçün;

3. "Zeynal-99" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, F. Xoyski prospekti, ev 138 A, 17.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 434, seriya №-si 074433) Bakı şəhəri, F. Xoyski prospekti, ev 121 E ünvanında yerləşən "ASKAR" mehmanxanası üçün;

4. "Final Tur" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Z. Bünyadov prospekti, ev 146A, 2082-ci məhəllə, 18.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 435, seriya №-si 074434) Bakı şəhəri, Z. Bünyadov prospekti, ev 146A, 2082-ci məhəllə ünvanında yerləşən "Business Place" mehmanxanası üçün;

5. "MİRVARİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Xaçmaz rayonu, Günəşli qəsəbəsi, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 436, seriya №-si 074435) Xaçmaz rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən "Mirvari" istirahət mərkəzi üçün;

6. Fiziki şəxs Mustafayev Mustafa Fərhad oğluna (hüquqi ünvanı: Şəki rayonu, Baş Küngüt kəndi, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 437, seriya №-si 074436) Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Küngüt" istirahət mərkəzi üçün;

7. "Viləş Palace" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Masallı rayonu, Yeddioymaq kəndi, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 438, seriya №-si 074437) Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Viləş Palace" mehmanxanası üçün;

8. "Ata Turizm" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, H. Əliyev prospekti, ev 2, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 439, seriya №-si 074438) Bakı şəhəri, H.Əliyev prospekti, ev 2 ünvanında yerləşən "Excelsior Hotel Baku" mehmanxanası üçün;
9. Fiziki şəxs Mahmudov Maarif Mahmud oğluna (hüquqi ünvanı: Bakı şəhəri, B. Səfəroğlu küçəsi, ev 143, mənzil 2, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 440, seriya №-si 074439) Bakı şəhəri, B. Səfəroğlu küçəsi, ev 143, mənzil 2 ünvanında yerləşən "SƏMA" qonaq evi üçün;

10. "Abşeron Daşınma və Anbarlaşma" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, R. Behbudov küçəsi, ev 31, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 441, seriya №-si 074440) Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin 27-ci kilometri ərazisində yerləşən "Montenegro İnn" mehmanxanası üçün;

11. Fiziki şəxs İbrahimov Rüfət Cavanşir oğluna (hüquqi ünvanı: Ağstafa şəhəri, Q. Kərəm küçəsi, ev 12, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 442, seriya №-si 074441) Ağstafa şəhəri, H.Əliyev prospekti, 9a ünvanında yerləşən "GÜLÜL" qonaq evi üçün;

12. "Asiman" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Xaçmaz rayonu, Nabran kəndi, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 443, seriya №-si 074442) Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən "Green Ville" istirahət kompleksi üçün;

13. Fiziki şəxs Allahyarov Elman Ağa oğluna (hüquqi ünvanı: Quba şəhəri, C. Cabbarlı küçəsi, ev 125, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 444, seriya №-si 074443) Xaçmaz rayonu, Şimali qəsəbəsi ərazisində yerləşən "Orman" istirahət mərkəzi üçün;

14. Fiziki şəxs Nəsibov Zahid Yusif oğluna (hüquqi ünvanı: Bakı şəhəri, C. Xəndan küçəsi, ev 26, mənzil 54, 31.07.2013-cü il tarixli, qeydiyyat nömrəsi 445, seriya №-si 074444) Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 8 ünvanında yerləşən "Vulkan" moteli üçün.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.4. bəndini rəhbər tutaraq "CTF" firmasına (hüquqi ünvanı: Xaçmaz rayonu, Seyidlikəndyeri, 10.09.2012-ci il tarixli, qeydiyyat nömrəsi 376, seriya №-si 074351) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31